Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda “Çelsi” Fransada “Lil”lə qarşılaşacaq. Tərəflər arasındakı ilk qarşılaşma London klubunun 2:0 hesablı üstünlüyü ilə yekunlaşmışdı. Zadəganların heyətində Ben Çilvel və Ris Ceyms, “Lil”də isə Renato Sançes zədə səbəbilə oyunda iştirak etməyəcəklər. Matçdan öncə hər iki klubun baş məşqçisi jurnalistlərin suallarını cavablandırıblar:
“Klubuma qarşı maliyyə sanksiyaları barədə danışmaq istəmirəm. Bu məsələlərlə rəhbərlik məşğul olur. Düşünürəm ki, bizim üçün ən vacib məqam komanda daxilində birlik yaratmağımızdır. Hazırda bütün turnirlərdə mübarizəmiz davam edir. Ona görə də bütün matçlar önəmlidir. İlk oyunda qazandığımız üstünlük heç nəyi həll etmir. Fransada da qalib gəlməliyik”.
“Lil”lin uğurları üçün çalışan Joslen Qurvennek komandasına güvənir. Onun fikrincə mərhələnin taleyi hələ həll olunmayıb: “Çelsi” hazırda tarixinin ən çətin dönəmini yaşayır. Amma son oyunlar göstərir ki, London klubu məhdudiyyətlərə baxmayaraq qalib gəlməyi bacarır. Çempionlar Liqası müstəsna yarışdır. Gözlənilməz nəticələr qeydə alına bilər. İngiltərədəki görüş istədiyimiz kimi keçmədi. Doğma meydanda daha yaxşı çıxış edəcəyik”.
Qeyd edək ki, “Lill” – Çelsi matçı bu gün gecə yarısı start götürəcək.